HAQQIMIZDA

NİYƏ MƏHZ BİZƏ SAYT SİFARİŞ ETMƏLİSİNİZ

Biz düşünərəkdən saytların hazırlanması və yığılması, interaktiv proqramların, multimediya disklərinin, mobil platformalar və sosial şəbəkələr üçün tətbiqlərin (application) yaradılması və sair bu kimi konkret, dar sahədə ixtisaslaşırıq. Çünki bizim üçün ən əsas məqsəd - seçdiyimiz sferada hər zaman birinciliyi saxlamaq, yenilikləri tətbiq etmək, durmadan inkişaf etdirmək və daim işimizin keyfiyyətini artırmaqdır. Həmin sahənin incəliklərinə bələd olmayan, saytların yaradılması haqqında yalnız səthi təsəvvürü olan reklam və kreativ agentliklərlə müqayisədə bizim başlıca üstünlüyümüz də sırf bundan ibarətdir.
İşinizi zəngin təcrübəyə malik olan, bütün fəaliyyətini saytların yaradılmasına həsr edən peşəkarlara etibar edin!

Biz hər zaman iş prosesinin bütün aspektlərini təkmilləşdirməyə, yüksək keyfiyyəti ilə seçilən layihələri həyata keçirməyə çalışırıq, çünki görülən işlər bizim vizit-kartımızdır. Başdansovdu həllər təklif edən, müştəriləri «yola verən», yekun nəticələri isə öz məhdud imkanlarına görə ölçən vebstudiyalardan fərqimiz də məhz bundan ibarətdir.
Saytınızın yaradılmasını problemlərin ən düzgün yolunu çözə biləcək insanlara etibar etmək daha məqəsəduyğun deyilmi?

Çoxsaylı işçi qüvvəmiz, əldə etdiyimiz zəngin təcrübə bütün sifarişlərə yetərincə diqqət ayırmağa imkan verir. Bununla biz təkbaşına iş görən, daim vaxt və imkan sıxıntısı yaşayan və təbii ki, bir neçə sektorda çalışan kollektivi əvəz edə bilməyən frilanserlərdən seçilirik. Frilanserə sayt sifariş etdikdə müştərilər adətən bir sıra problemlərlə toqquşur – məsələn, frilanser yarımçıq işi qoyub, telefonu söndürərək «aradan çıxa», və ya işdən soyuyub, başqa layihəyə keçə bilər, və ya sifarişi birtəhər təhvil verib, elə həmin gün beynindən silir və beləliklə, məsuliyyətinə xətm qoyur. Bu da təəccüblü deyil – axı yüksək səviyyədə ciddi layihəni tək insan icra etmək qadirində ola bilməz!
«Media Dizayn» şirkətinin birgə, sıx təmasda çalışan kollektivi sizi bu xoşagəlməz hallardan sığortalayacaq.

TƏKLİF ÜÇÜN SORĞU GÖNDƏR

Lütfən, formadakı sahələri doldurun və çalışın istəklərinizi mümkün qədər ətraflı izah edəsiniz.
Əməkdaşlarımız müraciətinizlə tanış olduqdan dərhal sonra sizinlə əlaqə yaradacaqlar.