Hansı layihələrin həyata keçirilməsini biz dəstəkləyəcəyik

İnternet layihələri ilə məşğul olaraq və telekommunikasiya sahəsində fəaliyyət göstərərək, anlayırıq ki, bəşəriyyətə təsir etmək və müsbət dəyişiklikləri həyata keçirmək üçün biz xüsusi qabiliyyətlərə sahibik.

Dünyanı yaxşılığa doğru dəyişən, bəşəriyyəti irəliyə aparan, idarəetmə üsullarına inteqral yanaşmanı həyata keçirən və təbii sərvətlərdən rasional istifadəni təmin edən layihələrin hazırlanmasında və realizasiyasında dəstək verməyə hazırıq.

Əvvəlki qlobal dəyişikliklərin (kapitalizm, sosializm, multi-qlobalizm və s.) təcrübəsini dərk edərək, irəliləmə naminə hansı işlərin edilməli olduğuna dair nəticələri artıq əldə etmişik.

Yerləşmə və ya başlanğıc şərtləri nəticəsində, təsadüfən, araşdırmaların qabaqcıl sıralarında olanlara nəzər salaraq, belə qənaətə gəlirik ki, onlar nəzəri və etik cəhətdən hazırlıqsızdırlar. Bu isə onların "mexaniki olaraq" hərəkət etmələrinə və çox vaxtı "təhlükəli cinlərin şüşədən çıxmasına" səbəb olur.

Bundan fərqli olaraq, biz pozitiv prinsipləri və hər şeydən əvvəl, inteqral yanaşmanı rəhbər tuturuq. Bu isə gördüyümüz işlərin nəticələrinə şüurlu cavabdehliyimiz deməkdir.

Aşağıdakı sahələrdə olan layihələrə əlimizdən gələn köməyi edəcəyik:

   İnteqral yanaşma, vətəndaş məsuliyyəti, sadələşdirmə və qeyri zorakı ünsiyyət formaları üçün hazırlıq və təlim

   Sağlamlığın yaxşılaşdırılması və mənəvi dəyərlərin təbliği

   İnteqral yanaşma prinsiplərinə əsaslanan sosial, təhsil və maliyyə bərabərsizliyini azaltmaq üçün praktiki tədbirlər

   Heyvanların qorunması və onlar üzərində təcrübələrin dayandırılması

   Ətraf mühitə zərər vermədən iqtisadi artımın təmin edilməsi

   Məlumat və təcrübə mübadiləsinin qarşılıqlı zənginləşdirici yeni formalarının yaradılması

   Hər bir insanın dəyərini üzə çıxarmaq və ona özünün ən yaxşı versiyası olmaq və başqaları ilə qarşılıqlı ünsiyyət prosesində göstərmək imkanını vermək

   Bütövlük və özünüidarəetmə prinsipləri əsasında müxtəlif səviyyəli insanların yeni növ yerli və sənaye birliklərinin yaradılması

   Gələcəyin təşkilatlar üçün məqsədlərin təyini, idarəçilik, insanların birbaşa qarşılıqlı əlaqəsi, mənbələrin birləşməsi, işlərin planlaşdırılması, onların həyata keçirilməsi və sonrakı təhlili üçün alətlərin hazırlanması və tətbiqi

   Gələcəyin iqtisadiyyatı üçün nəzəri əsasların hazırlanması və onun tətbiqinə keçid