Saytların texniki dəstəyi

Saytın hazırlanması başa çatdıqdan sonra texniki dəstək xidmətini təqdim edirik. Kənar saytlar iş qabiliyyətləritəhlükəsizliyi yoxlanıldıqdan və müəyyən edilmiş problemlər aradan qaldırıldıqdan sonra texniki dəstək üçün tərəfimizdən qəbul edilə bilər.

Texniki dəstək çərçivəsində, mütəmadi olaraq bir sıra tədbirlər həyata keçiririk:

   Sayt bölmələrinin işində səhvlərin izlənməsi və aradan qaldırılması

   Sayta daxil edilmiş axtarış mexanzmin işindəki səhvlərin izlənməsi və aradan qaldırılması

   Skriptlərin və kənar servislərin işindəki səhvlərin izlənməsi və aradan qaldırılması: slayderlər, qalereyalar, sosial şəbəkələr və xəritələrlə əlaqələr, API ilə qarşılıqlı əlaqələr və s.

   Saytın məlum zəifliklərə və sındırılma cəhdlərinə qarşı müntəzəm skan olunması

   Gizli reklam, virus frame-lərinin və zərərli kodların aşkarlanması və silinməsi

   Saytın təhlükəsizliyinə təhdid yarandıqda proqram kodunda dəyişikliklərin edilməsi

   Google PageSpeed Insights və YSlow tələblərinə uyğun olaraq saytın yüklənmə sürətini izləmək və tənzimləmək

   İnternet texnologiyalarında və brauzerlərin işləməsində dəyişiklik olarsa proqram kodunda dəyişikliklərin edilməsi

   Hostingin işləmək bacarığını izləmək və serverin proqram təminatını yoxlamaq

   Serverdə proqram yeniləşməsi baş verəndə proqram kodunda dəyişikliklərin edilməsi

   Google Search Console və Яндекс.Вебмастер tələblərinə uyğun olaraq axtarış mexanizmləri tərəfindən veb sayt səhifələrinin indeksləşdirilməsindəki səhvlərin izlənməsi və aradan qaldırılması

   Seçilmiş dövrlükdə backup-ların (ehtiyat surəti) mütəmadi olaraq kopiyalanması (fayllar və verilənlər bazası) və, lazım gələrsə, onların əsasında saytın bərpası

   Sayt ziyarətçilərinin davamiyyəti və fəaliyyəti haqqında hesabatların müntəzəm olaraq alınması

Texniki dəstəyin mövcudluğu, saytınızın istifadəyə verildikdən sonra uzun müddət işləməsinə zəmanət verir.