Veb saytın yenidən dizayn olunması və təkmilləşdirilməsi

Dizaynın müasirləşdirməsi və yenilənməsi saytın inkişafında vacib bir məqamdır. Bu məqam saytın funksionallığını və hədəf auditoriyası arasında populyarlığını artırmaq və axtarış sistemləri nəticələrində yüksək mövqelərə çatmaqdan ibarətdir.

Saytın yaradılmasından bir neçə il sonra onun dizaynı artıq trendlərə cavab vermir, funksionallıq köhnəlir və CMS-i daim sındırılır.

Dizaynı müasir tendensiyalara uyğun gəlmirsə və ya şirkət korporativ üslubunu dəyişibsə, biz saytınızın yenidən dizayn olunmasını təklif edirik.

Müasirləşmənin bir hissəsi olaraq, veb sayt təkmilləşdirilir və istifadəsinin keyfiyyəti artırılır.

Sayt texniki cəhətdən köhnəlmişsə, köhnə kodu yenidən yazacağıq və ya düzəldəcəyik.

Sayt idarəetmə sistemi olaraq bir CMS və ya hər hansı bir proqram platformasından (framework-dan) istifadə edərsə, bu sistemi yeni bir versiya ilə yeniləyəcəyik.

Çox vaxtı hazır veb saytına plastik kartlardan onlayn ödəniş imkanlarını bağlamaq tələb olunur. Bu sahədə apardığımız işlər haqqında ətraflı məlumat "Onlayn ödəmələrin bağlantısı" səhifəsində təsvir edilmişdir.

Sayt güvənli bağlantıdan istifadə etmirsə və uzun müddətdir ki, təhlükəsizlik yoxlamasından keçməmişdirsə, biz çatışmamazlıqları müəyyən etməyə və aradan qaldırmağa kömək edəcəyik. Bu halda etdiyimiz işlər haqqında ətraflı məlumat "Veb sayt təhlükəsizliyinin təhlili" səhifəsində təsvir edilmişdir.

Serverin sürəti, texniki dəstək və resursların təhlükəsizlik səviyyəsi sizi qane etmirsə, o zaman optimal hostinq seçimində və saytın köçürülməsində sizə kömək edəcəyik. Bu istiqamətdə gördüyümüz işlər haqqında ətraflı məlumat "Saytın yeni hostingə köçürülməsi" səhifəsində təsvir edilmişdir.

Saytın hazırkı vəziyyəti axtarış nəticələrində ön sıralarda görünməsinə maneə törədirsə, sayta hədəflənmiş trafiki cəlb etmək üçün axtarış sistemlərinə optimallaşdırmanı (SEO-optimizasiyanı) həyata keçiririk. Bu istiqamətdə etdiyimiz işlər haqqında ətraflı məlumat "Axtarış Sistemlərində Optimizasiya (SEO)" səhifəsində təsvir edilmişdir.

Saytın işləmək qabiliyyəti, indeksləşdirilməsini və təhlükəsizliyini yoxladıqdan və müəyyən edilmiş problemləri aradan qaldırdıqdan sonra texniki dəstək xidmətimizi təklif edirik. Texniki dəstək çərçivəsində mütəmadi olaraq həyata keçirdiyimiz bir sıra işlərin siyahısı "Texniki dəstək" səhifəsində təsvir edilmişdir.

Saytınizi təkmilləşdirin və ondan daha çox dəyər almağa başlayın!