Axtarış sistemlərində saytların optimizasiya (SEO)

Axtarış irəlilətməsi (və ya optimallaşdırma), axtarış zamanı saytın mövqeyini yüksəltmək üçün müəyyən istifadəçi sorğuları nəticələrində daxili və xarici optimallaşdırma üzrə aparılan bir sıra tədbirlərdən ibarətdir. Bu, şəbəkə trafikini və potensial müştərilərin sayını artırmaq və sonradan bu trafikdən pul qazanmaq məqsədi ilə edilir.

Axtarış nəticəsində saytınız ön yerləri tutmursa, Siz çox sayda ziyarətçini və nəticədə potensial sifarişləri itirirsiniz.

Çoxillik təcrübəmizi istifadə edərək, axtarış sistemləri nəticələrində biz saytın qabaqcıl sıralarda çıxışına nail oluruq. Saytların SEO-optimizasiyası ilə bağlı işlərdə yalnız "ağ" irəlləyiş metodlarından istifadə edirik və axtarış sistemlərinin müəyyən etdiyi qaydaları pozmuruq.

Saytların axtarış optimizasiyasının çərçivəsində aşağıdakı işləri həyata keçiririk:

   Bazarının və rəqib saytlarının təhlili

   Hər dil versiyasında veb sayt irəlləyişi üçün axtarış sorğularının siyahısının təsdiqlənməsi

   Bölmələrin və səhifələrin məzmununu dəyişdirmək üçün tövsiyələrin hazırlanması

   Sayt quruluşunun və bölmələrin yerləşmə iyerarxiyasının yenidən qurulması

   W3C-dan təsdiqləmə tələblərinə uyğun olaraq sayt kodunda dəyişikliklər

   Səhifə çəkisinin azaldılması

   Mobil cihazlar üçün adaptasiya və brauzerlərarası səhvlərinin təhlili və aradan qaldırılması

   Axtarış sistemləri üçün micro-data məlumat işarələməsinin tətbiqi (Rich snippets)

   Axtarış sistemləri optimallaşdırılmasının texniki tələblərinə uyğun olaraq saytın proqram kodunun qurulması

   Xarici davranış faktorlarınının yaxşılaşdırılması üçün lazım olan bütün Meta teqlərdən istifadə: Description, Keywords, Open Graph, Twitter Cards və s.

   Google PageSpeed Insights və YSlow tələblərinə uyğun olaraq sayt performansının tənzimlənməsi

   Gizli reklam, virus frame-lərinin və zərərli kodların aşkarlanması və silinməsi

   Google Search Console və Яндекс.Вебмастер tələblərinə uyğun olaraq səhvlərin təhlili və aradan qaldırılması

   Saytın bütün bölmələrinin və səhifələrinin düzgün və tam indeksləşdirilməsinin hazırlanması

   Saytın geniş ziyarət edilən xarici və yerli kataloqlara əlavə edilməsi

   Axtarış sistemləri tərəfindən saytda edilən dəyişikliklərin tam indekslənməsi

   Yüksək axtarış reytinqi olan səhifələrdən saytınıza daxil olan istinadların sayınının artırılması.

Saytların axtarış sistemlərinin optimallaşdırılması 2 aydan 6 aya qədər davam edir və ildə ən azı bir dəfə müntəzəm olaraq həyata keçirilməlidir. Axtarış irəliləməsinin təşviqi ilə bağlı tədbirlər nəticəsində saytınız əlavə geniş "sağlam" trafika sahib olacaq.

SEO optimallaşdırma fəaliyyətlərinə əlavə olaraq, biz axtarış sistemlərində reklamları, sosial media və messengerlərdə reklamlar və banner reklamlarını özündə cəmləşdirən axtarış sistemi marketinqini (SEM) təklif edirik.

Düzgün hədəflənmiş seqmentdən sayta ziyarətçilər sayının artması məhsul və xidmətlərinizin tanıdılmasına və satışların artmasına xidmət edəcək.