Şirkət məlumatları və iş fəlsəfəmiz

"Media Dizayn" şirkəti 2003-cü ildən etibarən informasiya texnologiyaları və veb tətbiqlərin hazırlanma sahəsində uğurla fəaliyyət göstərir. Biz Azərbaycanda veb saytların və multimedia disklərinin istehsalı sahəsində lider mövqelərindən birini tuturuq.

Şirkətimizin fəaliyyət göstərdiyi illər ərzində o, 20-dən çox mükafata layiq görülüb. Onların arasında BMT və YUNESKO-nun dəstəyi ilə keçirilən müsabiqədə layiq görülmüş nüfuzlu World Summit Award mükafatı xüsusi yer tutur.

Fəaliyyətinizi layiqincə əks etdirən veb-sayt, onlayn mağaza, Android və iOS mobil platformaları üçün tətbiqlər (application), mutimediya prezentasiyası, təqdimat diski, sosial şəbəkələr üçün tətbiqlər hazırlamaq lazımdırsa, dərhal bizə müraciət edin!

BMT və YUNESKO-nun dəstəyi ilə keçirilən müsabiqədə World Summit Award mükafatı

Bizim fəaliyyətimiz özümüzü ifadə etmə vasitəsidir, bütovlü yanaşmanı üstün tutan sevimli işimizdir:

   Şirkətimizin əməkdaşları öz işindən gəlir qazanmaqla yanaşı, həm də daim inkişaf edir, təcrübələrini artırırlar

   "Gələcəyin təşkilatların" ən yaxşı nümunələri əsas tutaraq, biz şirkətimizi canlı varlıq hesab edirik

   Müştərilərimizi Partnyor kimi qəbul edirik, işimizlə onların problemlərinin həllinə kömək edir və onları şirkətimizlə gələcək əməkdaşlığa tərəfdar olmağa çalışırıq

   Sağlam rəqabət bizi daha da ruhlandırır: bizim sahəmizdə çalışan digər şirkətlərin təcrübə və enerjisindən faydalanırıq və, bununla yanaşı, öz nailiyyətlərimizlə başqalarını həvəsləndiririk

   Qarşımıza qoyduğumuz məqsədlərə çatmaqla, bilavasitə mühitimizin, ölkəmizin və, bütövlükdə, bəşəriyyətin inkişafı üçün əlimizdən gələni edirik