ƏSAS SƏHİFƏ

FƏALİYYƏT SAHƏMİZ

«Media Dizayn» şirkəti, 2003-cü ildən başlayaraq, informasiya texnologiyaları və veb-işləmələri sahəsində uğurla fəaliyyət göstərir. Biz, Azərbaycanda veb-saytların və multimediya disklərinin hazırlanması bazarında lider mövqeyini tutmaqdayıq.

Kompaniyamız, fəaliyyəti dövründə İT texnologiyaları sahəsində öz işlərinə görə 20-dən artıq mükafata layiq görülüb ki, onların sırasında BMT və YUNESKO-nun dəstəyi ilə keçirilən nüfuzlu World Summit Award mükafatı xüsusi yer tutur.

Fəaliyyətinizi ən dolğun şəkildə təqdim edən veb-sayt, adınıza layiq mutimediya prezentasiyası hazırlamaq, Android və iOS mobil platformaları üçün tətbiqlər (application) yazmaq lazımdırsa, müraciət edəcəyiniz ən düzgün ünvan «Media Design» şirkətidir!

World Summit Award Special Mention

ƏMİN OLUN Kİ, XİDMƏTLƏRİMİZƏ EHTİYACINIZ VAR

Şirkətinizin (biznesinizin) öz saytı varmı? Bəlkə, onun hazırlanması ucu-bucağı görünməyən, daim sizə əziyyət verən bir prosesə çevrilib və hətta keçirdiyiniz bütün gərginliklərdən sonra da saytın dizaynı və funksionallığı sizi qane etmir? Və ya saytdakı məlumatlar vaxtlı vaxtında yenilənmir, aşkar edilmiş səhvləri düzəldə bilmirsiniz? Bəlkə saytınızı hazırkı vəziyyətdə partnyorlarınıza göstərməyə belə utanırsınız? Və nəhayət, saytınızı hazırlayan təşkilatı digərlərinə tövsiyyə edərdinizmi?
Əgər belə bir neqativ təcrübəniz olubsa, ürəyinizi üzməyin – bizə müraciət edib işə yanaşma tərzimizin və yekun nəticələrin fərqini hiss edin.

Ola bilər ki, ilk dəfə olaraq çox qısa bir zamanda sayt yığmalısınız, amma bunun üçün kifayət qədər bilik və təcrübəniz yoxdur. Belə isə - vaxt itirməyin, layihənizi həyata keçirməkdə sizin qədər marağı olan, var qüvvəsi ilə çalışacaq tərəfdaşınız olmağa hər zaman hazırıq! Sizinlə əl-ələ verib, məqsəddən mənzilə qədər - saytın tərtibi, yaradılması və işə salınmasına qədər bütün yolu birgə keçəcək, bundan sonra isə onun inkişaf etdirilməsi, ziyarətçi sayının artırılması, sonrakı istismarı üçün tövsiyyələrin hazırlanması kimi mühüm vəzifələri üzərimizə götürməyə hazırıq!

NİYƏ MƏHZ BİZƏ SAYT SİFARİŞ ETMƏLİSİNİZ

Biz düşünərəkdən saytların hazırlanması və yığılması, interaktiv proqramların, multimediya disklərinin, mobil platformalar və sosial şəbəkələr üçün tətbiqlərin (application) yaradılması və sair bu kimi konkret, dar sahədə ixtisaslaşırıq. Çünki bizim üçün ən əsas məqsəd - seçdiyimiz sferada hər zaman birinciliyi saxlamaq, yenilikləri tətbiq etmək, durmadan inkişaf etdirmək və daim işimizin keyfiyyətini artırmaqdır. Həmin sahənin incəliklərinə bələd olmayan, saytların yaradılması haqqında yalnız səthi təsəvvürü olan reklam və kreativ agentliklərlə müqayisədə bizim başlıca üstünlüyümüz də sırf bundan ibarətdir.
İşinizi zəngin təcrübəyə malik olan, bütün fəaliyyətini saytların yaradılmasına həsr edən peşəkarlara etibar edin!

Biz hər zaman iş prosesinin bütün aspektlərini təkmilləşdirməyə, yüksək keyfiyyəti ilə seçilən layihələri həyata keçirməyə çalışırıq, çünki görülən işlər bizim vizit-kartımızdır. Başdansovdu həllər təklif edən, müştəriləri «yola verən», yekun nəticələri isə öz məhdud imkanlarına görə ölçən vebstudiyalardan fərqimiz də məhz bundan ibarətdir.
Saytınızın yaradılmasını problemlərin ən düzgün yolunu çözə biləcək insanlara etibar etmək daha məqəsəduyğun deyilmi?

SİZİN ÜÇÜN NƏ HAZIRLAYA BİLƏRİK

Təqdim etdiyimiz məhsulların çeşidi çox genişdir:

Vebsaytlar:
- Dövlət qurumları və təşkilatları üçün
- Korporativ
- İnternet mağazaları
- Portallar
- Xəbər
- İmic
- Təqdimat
- Fərdi
- Məlumat
- Startaplar və onlayn layihələr

İntranet və ekstranet sistemləri, lokal servislər və digər korporativdaxili həllər

Rəqəmsal prezentasiyalar, interaktiv tətbiqlər və multimediya diskləri

Android və iOS platformaları üçün mobil tətbiqlər (applikeyşn, mobil proqram)

Facebook sosial şəbəkəsi üçün tətbiqlər (applikeyşn)

SİZƏ DAHA NƏLƏRİ TƏKLİF EDƏ BİLƏRİK

Saytların tərtibi və hazırlanması, interaktiv proqramlar, multimediya diskləri, mobil platform və sosial şəbəkələr üçün tətbiqlərin yaradılmasından əlavə müştərilərə aşağıdakı xidmətləri təklif edirik:

- Saytların redizaynı (dizaynın yenilənməsi)
- Resursların proqram və kontent hissələrinin yaxşılaşdırılması üzrə işlər
- Saytların texniki dəstəyi
- Saytların təhlükəsizliyi üzrə məsləhətlər
- Google və digər axtarış sistemlərində saytların önə çıxarılması (SEO)
- Facebook, Instagram və digər sosial şəbəkələrdə səhifələrin idarə edilməsi və tanıdılması (SMM)
- Auditoriyanın analizi və sayta yeni ziyarətçilərin cəlb edilməsi
- İnternet şəbəkəsində reklam kampaniyalarının keçirilməsi: baner reklamı, sosial şəbəkələrdə reklam, axtarış sistemlərində reklam
- Layihələrin ticari istismarı

SİZİN ÜÇÜN NECƏ SAYT QURA BİLƏRİK

«Media Dizayn» şirkətində yaradılmış vebsayt – uzunmüddətli bir həlldir.

- Biz müasir, keyfiyyətli, layiqli imic yaradan və müştərilərin statusunu vurğulayan saytlar hazırlayırıq.
- Hər layihə üçün eksklüziv dizayn və orijinal proqram təminatı təqdim edirik.
- Nəticə olaraq Sifarişçiyə onun biznesi haqqında İnternetdə dolğun məlumat verən, satışları artıran çevik alət verilir.
- Məlumatın çatdırılması üçün istifadə edilən düşünülmüş, effektiv formaların sayəsində yaradacağımız sayt Müştərinin məhsul və xidmətlərinin inkişafı üçün apardığı müxtəlif marketinq tədbirlərini əks etdirəcək.
- Semantik baxımdan tam məntiqlə yığılan saytlarımız həm də axtarış mexanizmləri tərəfindən rahatlıqla indeksləşdirilir.
- Müştəriyə etibarlı və 100% hazır, təhlükəsizlik tələblərinə tam cavab verən sayt təhvil veririk.
- Studiyamızda yığılan sayt istismarda son dərəcədə rahatdır, üstəlik layihəni təhvil verəndə mütəxəssislərimiz onun istifadəsi üzrə təlim keçirir – belə ki, saytın idarəedilməsi üçün əlavə işçi götürməyə ehtiyac qalmır.
- Şirkətimiz, təhvil verilən layıhələr üçün xüsusi «sınaq» dövrü də təklif edir – saytın işə salınmasından sonra Sifarişçi 1-2 ay müddətində mümkün olan kiçik düzəlişlər etdirə bilər. Bundan sonra «Media Dizayn» tərəfindən texniki dəstək də təmin olunur.

TƏKLİF ÜÇÜN SORĞU GÖNDƏR

Lütfən, formadakı sahələri doldurun və çalışın istəklərinizi mümkün qədər ətraflı izah edəsiniz.
Əməkdaşlarımız müraciətinizlə tanış olduqdan dərhal sonra sizinlə əlaqə yaradacaqlar.