HAQQIMIZDA

SİZİN ÜÇÜN NECƏ SAYT QURA BİLƏRİK

«Media Dizayn» şirkətində yaradılmış vebsayt – uzunmüddətli bir həlldir.

- Biz müasir, keyfiyyətli, layiqli imic yaradan və müştərilərin statusunu vurğulayan saytlar hazırlayırıq.
- Hər layihə üçün eksklüziv dizayn və orijinal proqram təminatı təqdim edirik.
- Nəticə olaraq Sifarişçiyə onun biznesi haqqında İnternetdə dolğun məlumat verən, satışları artıran çevik alət verilir.
- Məlumatın çatdırılması üçün istifadə edilən düşünülmüş, effektiv formaların sayəsində yaradacağımız sayt Müştərinin məhsul və xidmətlərinin inkişafı üçün apardığı müxtəlif marketinq tədbirlərini əks etdirəcək.
- Semantik baxımdan tam məntiqlə yığılan saytlarımız həm də axtarış mexanizmləri tərəfindən rahatlıqla indeksləşdirilir.
- Müştəriyə etibarlı və 100% hazır, təhlükəsizlik tələblərinə tam cavab verən sayt təhvil veririk.
- Studiyamızda yığılan sayt istismarda son dərəcədə rahatdır, üstəlik layihəni təhvil verəndə mütəxəssislərimiz onun istifadəsi üzrə təlim keçirir – belə ki, saytın idarəedilməsi üçün əlavə işçi götürməyə ehtiyac qalmır.
- Şirkətimiz, təhvil verilən layıhələr üçün xüsusi «sınaq» dövrü də təklif edir – saytın işə salınmasından sonra Sifarişçi 1-2 ay müddətində mümkün olan kiçik düzəlişlər etdirə bilər. Bundan sonra «Media Dizayn» tərəfindən texniki dəstək də təmin olunur.
- Yaratdığımız saytları heç vaxt diqqətsiz qoymuruq – onları mütəmadi şəkildə izləyir, yoxlayır, serverdə proqram təminatı yenilənəndə lazımi dəyişiklikləri əlavə edirik, brauzerlərin yeni versiyalarında əksetmə dəyişiklikləri yarananda həmin problemləri həll edir, aşkar olan bəzi zəiflikləri aradan qaldırırıq.

Saytı «Media Dizayn»-da sifariş etmək düşünülmüş sərmayedir, çünki hazırladığımız sayt sizə uzun illər dividentlər gətirəcək.

TƏKLİF ÜÇÜN SORĞU GÖNDƏR

Lütfən, formadakı sahələri doldurun və çalışın istəklərinizi mümkün qədər ətraflı izah edəsiniz.
Əməkdaşlarımız müraciətinizlə tanış olduqdan dərhal sonra sizinlə əlaqə yaradacaqlar.